BakuXeber.az xəbər verir ki, üç gün öncə Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.
Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qanunvericiliyə əsasən verilən şikayətin vaxtının keçdiyini nəzərə alaraq işə xitam verilib.
Müğənninin Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən barəsində bəraət verilib.