Aldığımız məlumata görə,Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ağır cəza alması tələbi ilə xüsusi ittiham qaydasında iddia qaldıran Aydın Əliyev vəkili məlum olub.
Əldə etdiyimiz məlumata görə iddiaçının nümayəndəsi tanınmış vəkil Elvin Əliyevdir.
Belə ki, öncə Ə.Kərimlinin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə cəzalandırılmasını istəyən A.Əliyev bu dəfə şikayətinə CM-in 148-ci (təhqir) maddəsini də əlavə edib.
Bu barədə iddiaçının vəkili Elvin Əliyevlə əlaqə saxlasaq da o proses barədə məlumat vermədi.
Vəkil Elvin Əliyev şikayət barədə məlumatı növbəti mərhələdə verəcəyini bildirdi.
Prosesə avqustun 26-da Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Ə.Kərimli barəsində bir neçə gün əvvəl sabiq partiya üzvü NTK sədri Əliyev Aydın Sədədqulu oğlu məhkəməyə müraciət edib. Aydın Əliyev müraciətində Ə.Kərimlinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar xüsusi ittiham qaydasında cəzalanmasını istəyib.
Xatırladaq ki, bundan öncə də Əli Kərimli və Aydın Əliyev arasında məhkəmə müvahisəsi olmuş və məhkəmə Aydın Əliyevin iddiasını əsaslı hesab edərək təmin edib.