Baş Dövlət Yol Polisi İdarəsində qanvermə aksiyası keçirilib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə Baş idarənin inzibati binasında qanvermə aksiyası keçirilib.
Talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək olmaq məqsədilə aksiyada Baş idarənin rəhbərliyi və şəxsi heyəti iştirak edib.