Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il keçir.
“BakuXeber.az” xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və DİN-in digər əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.