
Azərbaycanda tanınmış müğənni Elmir Qəhrəmanov həbs olunub.
Titul.az xəbər verir ki, Elmir məhkəmənin qərarı ilə 1 il 6 ay azadlıqdan məhrum edilib.
O, təxminən bir il öncə azadlığa çıxsa da, eyni cinayət əməlini (Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etmə tövsifini) cəmi 5 ay sonra təkrarlayıb.
Məhkəmə onu işə baxılana kimi zaminə buraxıb.
Musiqi aləmində “Azərbaycanın İbrahim Tatlısəsi” kimi tanınan Elmirin yaxınlarının verdiyi məlumata görə, sənətçi narkotik asılılığından əziyyət çəkdiyi üçün reabilitasiya mərkəzlərindən birində müalicə aldıqdan sonra bu pis vərdişdən tamamilə uzaqlaşıb. Onun barəsində indi həbs cəzasının verilməsi reabilitasiya dövründən öncə törətdiyi cinayət əməlinə görədir.