
Redaksiyamıza olduqca ilginc və bir o qədər də narahatlıq yaradan məlumat daxil olub. Əminik ki, əlaqədar orqanlar bu barədə yayılan məlumatlara ciddi reaksiya verəcəklər.
Belə ki, özünü şərti olaraq Bolarauxari adı ilə tanıdan ərəb milliyyətindən olan şəxs Səfixanov Xəyyam Ağamməd oğlu ( ləqəbi “Xəyyam Razin”), Məmmədov Sənan Faiz oğlu (ləqəbi “Soçi Sənan”) adlı şəxsləri maliyyələşdirərək onları Dubayda cinayət tərkibli əməllərə cəlb edir. Öz kriminal xarakterli sifarişlərini yerinə yetirmək üçün onlardan istifadə edir. Gürcüstan üzərindən sifarişli killerlər Azərbaycana gətirilir, onlara xüsusilə Bakıda cinayət xarakterli əməllər törətmək sifarişi verilir. Belə sifarişlərdən biri də tiktoker İsmayıl Bakinskinin öldürulməsi olub, ancaq müəyyən səbəblərdən baş tutmayıb.
Məlumatda o da bildirilir ki, bu dəstə Dubayda da sifarişli kriminal işlər həyata keçirir, xüsusilə avtomobil satışı ilə məşğul olanları hədəfə alıb. Hətta bu yaxınlarda Azərbaycan vətəndaşının pasportunu girov götürüb və 120 min dollar müqabilində sənədi geri qaytarıblar.
Daha bir şikayətdə bildirilir ki, cinayətkar şəbəkənin üzvləri Dubayda yaşayan azərbaycanlıların avtomobillərini də qaçırır. Belə ki, ailəsinin Azərbaycandan gəldiyini deyən dəstə üzvləri bu yolla avtomolilləri bir müddətlik alır və maşını daha sonra sahibinə geri qaytarmaq üçün külli miqdarda pul tələb edirlər. Bu pul ödənilmədiyi halda maşını satırlar.
Əminik ki, əlaqədar orqanlar bu barədə iddialara ciddi reaksiya verəcək və bu dəstənin üzvlərinin aşkarlanması istiqamətində təxirəsalınmaz tədbirlər görüləcək.
“Bakufakt.az”