
Psixoloq Samirə Bağırova:“Bəzən cütlüklər sevgiləri bitsə də evliliklərini kağız üzərində saxlayırlar. Həm ər, həm də arvad ayrılıqda öz həyatlarını yaşayır. Onu da qeyd edim ki, hazırda bu Bakıda çox geniş yayılmış dəbdir. Xeyli vəzifəli şəxslər var ki, özləri kimi arvadları da sevgili saxlayır. Vəzifəli qalsın qırağa, orta təbəqəli insanlardan da bu cür “ailəli” olanlar var. Hər ikisi bilir ki, həyat yoldaşının sevgilisi var və rəsmi olaraq evliliklərini qoruyurlar”.
Mənbə:Moderator.az