
“Araz” supermarketlər şəbəkəsinin 9 əməkdaşı Vətən müharibəsində şəhid olub. “Araz” supermarketlər şəbəkəsi tərəfindən Vətən uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə mütəmadi olaraq maddi və mənəvi dəstək tədbirləri həyata keçirilir. Şəhid olan əməkdaşların maaşı onların ailələrinə ödənilir, bayramlarda və xüsusi günlərdə ailələr ziyarət edilir, onlara maddi və mənəvi dəstək göstərilir. Şirkətin baş ofisində şəhid əməkdaşlar üçün ayrılmış xüsusi guşə yaradılıb. Əməkdaş şəhid olan zaman çalışdığı vəzifədə aldığı əmək haqqı artımı onların maaşına əlavə edilir.
Həmçinin təhsil yardımı təlimatında nəzərdə tutulan heç bir təqaüd ödənişi almayan şəhid əməkdaşının övladına, Qarabağ müharibəsi iştirakçısı və əlillik dərəcəsi olan əməkdaşlara və ya onların övladlarına təhsil aldıqları müddət ərzində aylıq təqaüd ödənilir.