
Məşhur “tik-toker” Mahirə Marandskayanın cinayət iş üzrə istintaq yekunlaşıb və baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilərək hakim Vaqif Həsənovun icratına verilib.
Xatırladaq ki, Mahirə Marandskaya Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib.
24 yaşlı Mahirə Marandskaya Cinayət Məcəlləsinin 243.1 (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham olunaraq barəsində həbs olmayan qətimkan tədbiri seçilib.
Sözugedən cinayət işində 10-dan çox zərərçəkmiş var. Onların arasında universitet tələbələrinin də olduğu deyilir.
“Azərbaycan Reallığı” zərərçəkmişlərdən Şəlalə Mərdanova (ad-soyad şərtidir – red.) istintaqa verdiyi ifadəsini əldə edib. Zərərşəkmiş bildirir ki, Marandskaya Mahirə Namiq qızını təxminən 2023-cü ilin sentyabr ayından tanıyır. Mahirəni adını xatırlamadığı tanışı vasitəsi ilə tanıyıb. Onunla söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Mahirə ona pul qazanacağı iş tapa biləcəyini demiş, ondan həmin işin nə olduğunu soruşduqda müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqavilində cinsi əlaqədə olmağı təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demişdir.
Belə olan halda maddi vəziyyətin düzəlməsi üçün onunla razılaşmış. Mahirə ilə tanış olduqdan sonra aralarında bir müddət mobil telfon əlaqəsi olmuşdur. 2023-cu il sentyabr ayının sonlarında həmin vaxt yaşadığı Bakı şəhəri Yasamal rayonu H.B Zərdabi küçəsi ev 175, mənzil 212 ünvanda olan zaman Mahirə onunla “WhatsApp” vastəsi ilə əlaqə saxlamış, bu zaman müştəriləri ilə görüşüb pul müqavilində onlarla cinsi əlaqədə olmağı təklif etmiş, onunla razılaşmış, həmin vaxtdan etibarən Mahirə müştərilərlə görüşmək üçün onunla əlaqə saxlamağa başlamış, razılaşma əsasında Mahirə onu 500 manat pul müqavilində müştərilərinə təqdim etməli olurmuş, pulu müştəridən aldıqdan sonra 200 manatını Mahirəyə verilməsi barədə aralarında razılaşma olub. Bundan sonra Mahirə onunla telefon əlaqəsi saxlayaraq bir neçə dəfə müştərilərin olduğu məkanlara göndərib. Hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 500 manat pul alıb 200 manatını Mahirəyə məxsus olan bank kartına göndərmiş, getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu dəqiq xatırlamır.
Sonuncu dəfə isə Mahirə onu 2024-cü ilin fevral ayının sonlarında fahişəliyə cəlb etmiş, həmin vaxtdan sonra onunla əlaqələri kəsilmiş, müştəri onunla cinsi əlaqədə olarkən nömrəsini heç bir zaman götürməmiş, həmçinin Mahirə müştəriyə nömrə verməyini və müştəridən nömrə istəməməyini demişdir. 2024-cü ilin Fevral ayından etibarən onunla hər hansı əlaqəm olmamış, Mahirə ümumilikdə onu 2023-cü ilin sentiyabrın sonlarından 2024-cu ilin fevral ayının sonlarınadək keçən müddər ərizində müxtəlif vaxtlarda təxminən 15-20 dəfə fahişəliyə cəlb etmişdir. Mahirə fahişəliyə cəlb etdiyi qadınlardan hər hansı şəxsi tanımır. Mahirə onu hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 500 manat pul alıb 200 manatını Mahirəyə məxsus olan bank kartına göndərmişdir.
Qeyd edək ki, Mahirə Marandskaya ilə bağlı növbəti məhkəmə presesi Abşeron rayon məhkəməsində hakim Hakim Vaqif Həsənovun sədirliyi ilə 4 İyun tarixində davam etdiriləcək.