
Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib.
BakuXeber.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, o, Prezident Katibliyinin rəisi təyin olunub.
Onun yerinə Fərid Əsgərovun təyin edildiyi iddia edilir.
Xatırladaq ki, F.Əsgərov bu ilin fevralında Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisinə müavin təyin edilmişdi.