Bakının Hökməli kəndində toy məclislərinin birində meyxanaçılar arasında olan deyişmə zamanı gərgin anlar yaşanıb.
Bakuxeber.Az xəbər verir ki, meyxanaçıların deyişməsində tərəflərdən hansınınsa xoşuna gəlməyib. Onlar biri-birinə qarşı aqressiv ifadələr işlədiblər.
Meyxana dayandırılaraq, həmin mübahisəyə aydınlıq gətirilməyə çalışılıb.
İşə tamaşaçıların da qarışması ilə vəziyyət bir az da gərginləşib.