Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Bakuxeber.az-ın xəbərinə görə, Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,0 (bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.