Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 milyard 442 milyon 400 min manat, xərcləri isə 10 milyard 450 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,8% və 11,6% çoxdur.
Son nəticədə büdcədə 1 milyard 992 milyon 400 min manat qalıq yaranıb.