APA TV xəbər verir ki, bu barədə məlumat Özbəkistan Prezidentinin rəsmi saytında yerləşdirilib.
İki gün davam edəcək səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti əsasında baş tutacaq.
Səfər zamanı sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm və innovasiya, turizm və digər istiqamətlər üzrə ikitərəfli sənədlərin imzalanması gözlənilir.