“Topaz”ın kassiri külli miqdarda dələduzluqda ittiham olunur.
“Topaz”ın Gəncədə yerləşən məntəqələrindən birinin rəhbəri, Gəncə şəhər sakini Şaiq Hacıyev polisə müraciət edərək, işçisi Rəşad Cəfərov tərəfindən dələduzluğa məruz qaldığını bildirib. O iddia edir ki, kassir vəzifəsində çalışan Rəşad Cəfərov məntəqəni aldadaraq kassanın 20 min manatdan çox pulunu mənimsəyib.
Daxil olan şikayət əsasında araşdırmalara başlanılıb