Heyvanların qidalanması və böyümə prosesinin hansı şəraitdə aparılması önəmli amillərdən biridir. Buna görə də heyvan ətinin maya dəyərinin 60-70 faizi onun yeminin qiymətindən asılıdır. Bu gün heyvan yemlərinin qiyməti hələ ucuzlaşmayıb. Yem qiymətlərində – buğda, arpa, protein, müxtəlif qatqılardan, otlardan ibarət yemlərin qiymətində artım olur ki, ucuzlaşma müşahidə edilmir.
Digər məsələ budur ki, işçilik xərcləri – saxlama, daşıma məsələlərində də qiymətlər azalmayıb, əksinə, artır. Odur ki, ötən gün “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda edilən dəyişikliklər, rüsumun azaldılması, pasportun ləğvi qiymətlərə heç bir ciddi təsir etməyəcək.
Ona görə ki, bazarda təklifin çox hissəsi quş və mal ətinə aiddir. Quzu əti bazar təkliflərində o qədər ciddi iştirak etmir. Quzu və qoyun əti ilə daha çox fərdi təsərrüfatlar məşğul olur və onlar gedib pasport almırlar. Satış daha çox yol kənarlarında və s. həyata keçirildiyi üçün heyvanlara pasport alınmasından yayınılır. Böyük təsərrüfatlar daha çox iribuynuzlularla məşğuldur ki, onlar mala baytarlıq pasportu alırdılar. İndi bu dəyişiklik onların xərclərini aşağı salacaq. Ancaq bu da 200 kq-lıq malda 20-10 qəpik demək olacaq”.
Ekspert onu da əlavə edib ki, qərar çox proqressivdir:
“Bu, fermerlərin xərclərini, eləcə də maneələri azaldır. Lakin bazardakı qiymətlərə əsaslı təsir göstərəcək bir qərar deyil. Qiyməti müəyyənləşdirən əsas faktor istehsal xərcləridir ki, böyük hissəsini yem, işçilik, daşıma, saxlama, kommunal və digər xərclər təşkil edir.
Lakin qərar fermerlərin əlavə bürokratik maneələrini aradan qaldırıb, xərclərinin azalmasına kömək edəcək. Bu da öz növbəsində qiymətlərin artmasının qarşısını alacaq