Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı minaya düşüb.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bildirilir ki, iyunun 26-sı saat 21 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1989-cu il təvəllüdlü İlham Salmanov xidmətdən kənar vaxtda Füzuli rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb