Məşhur fitnes məşqçisi Kamil Zeynallı sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.
Bakuxeber.Az xəbər verir ki, Kamil paylaşımında onu öldürmək istədiklərini vurğulayıb.
O paylaşımına bu sözləri əlavə edib:
“Mənim Rusiyaya gedib-gəlməyim düşmən Ermənistanın bəzi saytlarında və sosial şəbəkələrdə xoş qarşılanmayıb, acıqlarına gəlib. Bunlar hələ də məni izləyirlər, ermənilərin mənə qarşı təxribatı hələ də bitməyib. Məni öldürmək və sui-qəsd etmək fikrindədirlər. Öz vətəndaşlarına harada olduğumu yazır və yerimi bildirirlər ki, gəlib mənə nəsə etsinlər”.