DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakufakt.az-a bildirilib ki, dünən axşam saatlarında Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi VAZ-21011 markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi VAZ-21011 toqquşub.
Nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Ağdaş rayon prokurorluğundan araşdırma aparılır