Yevlaxda polisə xəsarət yetirən şəxs saxlanılıb.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən b məlumatda bildirilir ki, xəbər verildiyi kimi, Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər. Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov və atası Müşviq İsmayılov saxlanılarkən R.İsmayılov polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. O, hadisə yerindən qaçsa da, atası saxlanılıb. Həmin gün ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), rayon Polis Şöbəsində isə Cinayət Məcəlləsinin 237.2.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) və 237.2.3-cü maddələri ilə cinayət işi başlanıb