İddialara görə birinci Qarabağ müharibəsi şəhidi İsaq Fərəcovun bacısı Təranə Fərəcova bəzi media nümayəndələrinə bildirib ki,Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qohumu Şahmar Əliyev adlı şəxs dələduzluğ yolu ilə Təranə Fərəcovaya külli miqdarda ziyan vurub.
T.Fərəcova bildirib ki, Şahmar Əliyev məcburi köçkünlər üçün tikilən binalardan ev verdirəcəyinə dair yalan vəd verib. Əvəzində ondan 20 min manat pul alıb. Nə ev məsələsi həll olunub, nə də pul geri qayıdıb.
Bakuxeber.Az olaraq xəbər veririk ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi də məsələ ilə bağlı açıqlama yayıb.
Dövlət Komitəsindən bildirilib ki, dələduzluq törətməkdə ittiham edilən şəxslə bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayevin heç bir yaxın qohumluq əlaqəsi belə yoxdur.
“Ümumiyyətlə, baş vermiş dələduzluq faktı barədə komitəyə heç bir məlumat daxil olmayıb.
Bakuxeber.az olaraq vətəndaşları ayıq-sayıq olamağa çağırırıq və belə dırnaq arası, şayələrə uymamağını tövsiyyə edirik.
Və sonda Dövlət Komitəsinin mövqeyi belədir ki, kimliyindən asılı olmayaraq, cinayət törətmiş hər bir şəxs mövcud qanunvericilik əsasında cəzalandırılmalıdır”.
YALAN ŞAYƏLƏRƏ UYMAYIN..