Siyəzəndə ailə üzvləri nərə balığından zəhərlənib.
Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Belə ki, Siyəzən rayon sakinləri 1988-ci il təvəllüdlü Rahib Əsəd oğlu Quliyev və onun 3 azyaşlı övladı 2008-ci il təvəllüdlü Nazilə Quliyeva, 2010-cu təvəllüdlü Əsəd Quliyev, 2011-ci il təvəllüdlü Türkanə Quliyeva, ailənin qohumu 2014-cü il təvəllüdlü Fizuli Quliyev və 1974-cü il təvəllüdlü Cəbrayıl Süleyman oğlu Abdullayev nərə balığından zəhərləniblər.
Zəhərlənən altı nəfərin hamısı Siyəzən Regional Diaqnostika Mərkəzində çatdırılıblar.
R.Quliyevin və C.Abdullayevin vəziyyətləri ağır olduğundan onlar Respublika Toksikologiya Mərkəzində göndəriliblər. R.Quliyev Bakıda dünyasını dəyişib.
***
Siyəzənin Yenikənd kəndində baş vermiş kütləvi zəhərlənmədə zərərçəkən daha 4 nəfər Bakıya aparılıb.
Məlumata görə, rayon sakinləri 2008-ci il təvəllüdlü Nazilə Quliyeva, 2010-cu təvəllüdlü Əsəd Quliyev, 2011-ci il təvəllüdlü Türkanə Quliyeva və 2014-cü il təvəllüdlü Fizuli Quliyevin səhhətləri ağırlaşdığına görə Respublika Toksikologiya Mərkəzinə göndəriliblər