Qardaşının həyətinə qumbara atıb evini partlatdı
Bakı sakini qonşuluqda yaşayan qardaşının həyətinə qumbara atıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə iyulun 8-də saat 1 radələrində Maştağa qəsəbə sakini R.İsakovun xuliqanlıq zəminində qonşuluqda yaşayan qardaşı Rəşadın həyətinə qumbara atması barədə məlumat daxil olub.
Partlayış nəticəsində evin pəncərə şüşələri sınıb, divarı zədələnib, yerin beton örtüyü dağılıb, xəsarət alan olmayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsakov saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.