Xalqxeber.Az-ın məlumatına görə, Vətən Müharibəsi iştirakçısı, jurnalist B.R intihar edib. O, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Jurnalistin ailəsindən Xalqxeber.Az-a verilən məlumata görə, ağır vəziyyətdə şöbəyə yerləşdirilib.
“Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda şöbədə müalicəsi davam etdirilir, vəziyyəti kafi qiymətlənidirilir”, – ailəsi bildirib.
Ailəsindən verilən məlumata görə, jurnalistin intiharına səbəb onun son dövrlər bir neçə şəxs və anti milli qüvvələr tərəfindən təhdid olunmasıdır. Belə ki, xeyli vaxtdır ki, peşə fəaliyyəti ilə əlaqədar olaraq, təhdid olunmaqla yanaşı məlum şəxslər tərəfindən şantaj olunur. Jurnalist təhdidlərə və təzyiqlərə məruz qaldığından canına qəsd etməsini gözə alıb. Daha doğrusu bir qrup şəxs tərəfindən ölüm həddinə çatdırılıb.
Jurnalistin ailəsi Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan məsələni diqqətdə saxlamağı və B.Rəşadın həyat təhlükəsizliyini təminat altına almağı xahiş edir.
Xatırladaq ki, B.Rəşad “Bakufakt.az” xəbər portalının rəhbəri eyni zamanda Şəhid Və Qazi Ailələrinə Sosial Dəstək İB Mətbuat departamentinin sədridir. Vətən müharibəsi dövründə ağır psixoloji sarsıntı keçirmiş və travmatik stres nitq pozulması eşitmə əngəlli şəxsiyyət pozğunluğundan əziyyət çəkir.