“Gələcəkdə yüksək qiymətlərdən sonra böhranlar da baş verəcək və bu qaçılmazdır”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, nə vaxt baş verəcəyini bilməsək də, buna hazır olmalıyıq və öz planlamalarımızı da buna görə hazırlayırıq.
“Aşağı qiymətlər də olacaq. Bu və ya digər məhsulun, malın qiymətinin aşağı düşməsi də müşahidə olunacaq. Vacib olan odur ki, biz istər müsbət konyukturada, istərsə də mənfi konyukturada öz sabitliyimizi, dayanıqlılığımızı saxlayaq”, – M.Cabbarov qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev də bildirib ki, çox güman ki, dünya iqtisadiyyatında tənəzzül, yəni, resessiya qaçılmazdır:
“İndi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumları, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq. Resessiya, əlbəttə, əgər baş verərsə, ilk növbədə, neftin qiymətinə mənfi təsir göstərəcək. Ona görə gələn ilin büdcəsində neftin qiyməti düzgün seçilməlidirı Biz dünyada gedən prosesləri, əlbəttə ki, izləməliyik. Çünki Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır”.