“Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb, onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil”.
“Report”un xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.
“Bu dəfə V İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda özlərini təsdiqləyiblər. Bu gün Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Bizim qələbələrimiz olimpiya, dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib”, – Prezident vurğulayıb.