Ucar sakini özünü yandırıb.
BakuXeber.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Alpout kəndində qeydə alınıb.
1965-ci il təvəllüdlü Nazir Məmmədhəsən oğlu Həsənov intihar etmək məqsədi ilə özünü yandırıb.
Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, N. Həsənovun vəziyyəti kəskin ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda intihara cəhd edən Nazir Həsənovun 1-ci Qarabağ müharibəsi qazisi olduğu bildirilir. Paylaşılan məlumatlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazir Həsənova təyin olunan pensiya kəslidiyi üçün etiraz əlaməti olaraq özünü yaşadığı evdə yandırıb.