Bakıda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Məmmədova Zülfiyyə Ağahüseyin qızı qonşusu ilə mübahisə zamanı döyülüb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ əlin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.