Daxili İşlər orqanlarında yeni təyinat baş tutub.
BakuXeber.Az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis mayoru Güriyel Məmmədov Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi təyin edilib. O bundan əvvəl adıçəkilən şöbənin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Səfərov bir müddət bundan əvvəl öz xidməti iş otağında ürəktutmasından vəfat etmişdi.