Maliyyə Nazirliyinin iki gün öncə yaydığı məlumata görə, xam neftin bir barelinin ixrac qiyməti 2023-cü ildə 50 dollar təşkil edəcək. Bu isə büdcədə neftin qiymətinin 35 dollar aşağı salınması deməkdir. Ancaq buna rəğmən, növbəti ilin dövlət büdcəsinin ümumi daxilolmalarının 53 faizi neft sektorunun payına düşəcək.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban açıqlamasında bildirib ki, reallıqda neft sektorundan daxilolmalar daha çoxdur:
Büdcədə göstərilən rəqəmlər real deyil. Sadəcə neftin 50 dollaradək azaldılması gələn il xammalda olan mümkün təhlükələrdən özünü sığortalamaq məqsədi güdür. Dünən neftin qiyməti 90 dollara endi və daha sonra 92 dollara qalxdı. Ancaq onu da bilmək lazımdır ki, gələn il cari ildəki qiymətlər olmayacaq. Çünki dünya iqtisadiyyatının tempinin aşağı düşmək təhlükəsi var. Həmçinin böyük istehlak bazarlarında enerjinin daha qənaətlə istehlak edilməsi məsələsi var. Ona görə də qiymətlərin enməsi proqnozlaşdırılır”.
Ekspert qeyd edib ki, enerjinin qiymətinin cari ildə qalxmasının əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir: