Müğənni Nura Suri ictimai nəqliyyatda gediş haqqının artırılacağı ilə bağlı yayılan xəbərlərə sərt reaksiya verib
Bu barədə sənətçi feysbuk səhifəsində paylaşım edib:
“Tarif Şurası elə bil Marsda yaşayır. Nə qədər artım olar? İctimai nəqliyyatın qiymətini qaldırmaq mövzusu atılıb gündəmə. İctimai nəqliyyatdan varlılar istifadə etmir. Kasıbları öldürməyin başqa yollarını axtarın”.
Qeyd edək ki, bu gün Tarif Şurası sərnişindaşımada gedişhaqqı ilə bağlı hökumətə təkliflər verəcəyin açıqlayıb.