“Kasıb yaşamalı deyil? Fəhlə işləyən adam aylıq 300-400 manat maaş alır, o pulla kommunal xərclərini ödəsin, uşağı məktəbə yollasın, ya gündəlik xərclərini qarşılasın.
“Çörəkdən tutmuş, makarona kimi hər şey bahalaşıb, marketlər od tutub yanır. Biz 80-100 milyon əhalisi olan ölkə deyilik ki, çətinliklə yaşayaq, cəmi 10 milyonuq. Düşünürəm ki, bahalıq da insanları qırmağın bir növüdür. Ailə başçıları ailəsinə baxa bilmir, fikirdən, dərddən xəstəlik tapıb ölür. Heç orta təbəqə də dolana bilmir.
Benzin bahalaşır, ərzaq bahalaşır, çörək qalxır, amma belə eləmək olmaz. Milli Məclisdə oturan 125 nəfər nəyi müzakirə edir? Bir az camaatın qayğısına da qalsınlar. Allah insanları yaratmayıb ki, onlar sürünsün, əziyyət çəksinlər. Millət vəkillərini seçiblər ki, camaatın dərdini səsləndirsinlər, bir əlac tapsınlar. Başa düşmürəm, o deputatlar özləri evlərinə bazarlıq etmir? Onlar bahalaşmanın fərqində deyil?! Ola bilər ki, onlar bahalaşmanı hiss etməsinlər, çünki aya 4-5 min manat pul alırlar, bəs heç olmasa, qohumlarında orta təbəqədən olan insanlar yoxdurmu ki, bunu görsünlər? Niyə əhalinin yanında olmurlar? Sonra da deyirlər ki, camaat narkomandır… Camaat nə etsin, gedib dərddən, fikirdən narkotikə qurşanır. Artıq məktəblərdə də uşaqları aldadıb narkotik satırlar. Sizcə, nəyə görə bu əclaflığı, şərəfsizliyi edirlər? Pul qazanmaq üçün. Belə hara gedirik? İntiharlara baxın, görün, nə qədər artıb. Nə etsinlər, insanlar bəzi şeyləri qürurlarına yedirə bilmirlər…”
O, deyib ki, adam bilmir ölkədə nəyin dərdini çəksin: Bahalaşma bir tərəfdən, narkomaniya bir tərəfdən:
“Mən artıq nəyi düşünüm, bilmirəm. Niyə bu qədər çətinlik çəkməliyik? Aylarla ət yeməyən adamlar vardı, hansı ki, makaronla, düyü, qarabaşaqla başlarını qatırdılar. İndi heç onu da ala bilmirlər. Mənim tanıdığım neçə belə ailələr var. Onlara da hər dəfə başqaları kömək edə bilmir. Məsələn, elə özümdən misal çəkim, 3-4 dəfə kömək edirsənsə, növbəti dəfə edə bilmirsən. Özü də bu cür insanların hamısı zəhmətkeşdir. Deyirlər normal iş olsun işləyək, havayı pul istəmirik. Çox acınacaqlı haldır. Yazıq insanlar 300-400 manatla nə etsinlər?
Mən müğənni adamam, amma mən də çətinlik çəkirəm. Normal nə isə edə, kənara pul qoya bilmirəm. Elə “yaxşı olar” deməklə heç nə düzəlmir, bu vəziyyət yaxşı olana da oxşamır. Get-gedə hər şey pis olur. Gərək camaat acından ölsün?! Belə davam edərsə, heç kəs küçədə rahat gəzə bilməyəcək, oğurluq baş alıb gedəcək. Hətta siz qorxun ki, vəziyyət elə həddə gəlib çıxsın ki, kimsə marketdən çıxanda onun ərzaq səbətini götürüb qaçsınlar. Bu, hər kəs üçün təhlükəlidir. Süni bahalaşma nəyə görə olmalıdır?! Vallah, camaat yazıqdır, Allah onları sürünmək üçün yaratmayıb. Biri var ki, qıtlıq olsun, heç nə tapılmasın, camaat ac qalsın. Amma belə deyil, maşallah, hər şey var. Bu gün marketlərdə quş südü belə tapa bilərsən. Amma insanların gözləri görsə də, ala bilmirlər. Camaatın uşaqları var, axı onlar normal qidalanmalıdır. İnsanlar normal qidalana bilmir, ona görə xəstəliklər də artır. Çörəyi qaldırırlar, işığı, qazı qaldırırlar belə şey olar?! Az qala nəfəsi də pulla alırıq…”
276 manat tək kommunal xırclərdən başqa heç nıyə çatmayan ” PENSİYA” ilə yarım əsrədək əmək stajlı və milyon manatdan çox AYIRMA VƏ TUTULMALARI DÖVLƏT DOSİAL MÜDAFİƏ FONDUNA ÖDƏNİLMİŞ BİZLƏRİN ƏRZAQ, DƏRMAN, GEYİM, LƏVAZİMAT, YARDIM, SANATORİYA MÜALİCƏ PUTYOVKASI ALA BİLMƏYƏN 69 YAŞLI QOCALARIN GÜNAHI NƏDİR Kİ, SƏLİM MÜSLÜMOV VƏ HADI TƏCƏBLİ KİMİ ETİBARSIZLAR DSMF – Nİ TALAN ETDİKIƏRİNƏ GÖRƏ HANIMIZ İNDİ XRONİKİ XƏSTƏLƏRƏ ÇEVRİLMİÇİK, ARD ARDINCA QOCALAR VAXTSIZ ÖLÜR, SAYLARI DA DÖVLƏT STATİSTİKASINDA AZALIR. Hələ gənclər ölkəsi olmaqımızla da fəxr edirik. Baxın görün indigədək Rusiyaya gedib vətəndaşlıq almış gənclərimiz oralardakı müharibələrdə necə öldürülürlər. Biz qocaların tin aqlr naddi durumunu görüb yaşamaq istəmədiklərinə gırə RUSİYAYA getmiş övladlarımız baxın gırün hansı bəlalara düçar olublar. Nıyə gırə Quba kimi geniş ərazili məhsuldar tkrpaqlı kurkrt suları ilə zəngin Quba kimi gızəl rayonlardan işsizliyə gırə şəhərlərə və xaricə gedir və Rusiya – Ukrayna müharibəsində gənclərimiz vaxtsız və mənasız ölürlər ? Ona görə ki,bkolxoz və sovxozlar, tədarük emal müəssisələri ləqv olunandan sonra daqkıq və daq ətəyi kəndlərdə, daqlıq rayknlarda heç bir özəl dövlət və bələdiyyə dəstəkli təsırrüfatlat, konserv zavldlafı, sanatoriya kurort yurizm obyektləri yaradılmadı, kütləvi işsizliyə tap gətirməyənlərin 80 – 90 % – nin kəndlərdə və rayonlarda tək adları qaldı. Əksəriyyət evlərini də baxımsız qoyub kəndlərdən yoxa çıxdılar. Heç yerə gedə bilməyən bizim kimi Aqsaqqal və Aqbirçəklər övlad və nəvələrin üzünə də həsrət qaldıq. Qardaşlar, əmilər, dayılar, övladlar da xarici ölkələrdə öz problemlərilə ” yaşadıqlarına ” görə vakideyinlərinə telefon zənglərini də belə edə bilmədilər. Ulu öndərin və Möhtərəm Prezizdentimizin xalq üçün uzun illər çəkdikləri zəhmətlərinə 48 il əmək stajlı, Moskva Akademiya təhsilli Magistr, Doktorant , 23 il YAP üzvü və dətəkçisi kimi çox hayıfım gəlir. Ölkə başçımız daima xalqın güzəranını daha da yaxşılaşdırmaqa çalışan və ölkəni güclü, varlı dövlətli edən bir zamanda axı nətə görə monopolist , rüşvətxor korrupsioner məmurlar belə iş yerlərj və ərzaq qıtlıqı və bahaçılıqını süni yaradır, Maaşları əmək pensiyalarını kəsib azaldlr və TƏMİNATSIZ EDİRLƏR Kİ, XALQ NARAZI OLSUN. BUNUNLA həmin məmurlar nə etmək istıyirlər. Nəyə görə əlaqədar nazirlik və idarələr iş yerlərinin ırzaq bolluqu və ucuzluqunun yaradılması, maaş və pensiyaların İSTEHLAK SƏBƏTİNƏMUYQUNLSŞDIRILMASI KİMİ ZƏRURİ İŞLƏRLƏ MƏŞQUL OLMURLAR. XALQ PREZİDENTİ DƏKTƏKLƏYƏN BİR ZAMANDA O ÜZDƏNİRAQ BƏZİ MƏMURLAR YƏQİN Kİ BƏD NİYYƏTIƏRİNİ HƏYATA KEÇİRƏ BİLMƏHƏCƏK VƏ ÖLKƏ BAŞÇISI TƏRƏFİNDƏN LAYİQLİ CƏZALARINA ÇATACAQLAR. YAŞASIN XALQ BƏ DÖVLƏTÇİLİK UQRUNDA ÇALIŞAN, ULU ÖNDƏR DAVAMÇISI AZƏRBAYCAN PREZİDENTİ MÖHTƏRƏM İLHAM ƏLİYEV CƏNABLARI !