ABŞ prezidenti Co Baydendən yeni açıqlama var. Deyir ki, ABŞ Ukraynaya elə silahlar verəcək ki, bütün ərazilərini geri qaytara bilsin.
Onun sözlərinə görə, Rusiya beynəlxalq hüququ pozur, BMT nizamnaməsini tapdalayır və hər yerdə sülhsevər xalqlara hörmətsizlik nümayiş etdirir. Bayden yeni ərazilərin Rusiyaya ilhaqından sonra ABŞ-ın Kiyevin onları geri qaytarmaq cəhdlərini dəstəkləyəcəyini bildirib.
ABŞ Ukraynanı keçmiş sərhədləri daxilində tanımağa davam edəcək.
Trend Xəbər
02 Oktyabr 2024
22 Yanvar 2024
15 Noyabr 2023