Türkiyədə Avtomobil sahibləri sentyabrın son həftəsində brent neftinin 80 dollar səviyyəsinə düşməsi ilə böyük endirim gözləsələr də xəyal qırıqlığı yaşayıblar.
Belə ki, brent markalı neftin bahalaşması səbəbindən yanacağa ikiqat artım gəlib.
BAKUXEBER.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, gecə yarısından etibarən dizelin litri 1 lirə 10 kuruş, benzin isə 62 kuruş artıb.
Bildirilir ki, bahalaşmadan sonra bəzi şəhərlərdə benzin 20 lirəyə, dizel isə 24 lirəyə qalxıb. Məlumatda qiymət artımına Rusiya-Ukrayna müharibəsinin şiddətli davam etməsinin səbəb olduğu qeyd edilib.
Benzinin litri İstanbulda 19 lirədən 86 kuruşa, Ankarada 20 lirədən 1 kuruşa, 19 lirədən 99 kuruşa yüksəlib. İstanbulda dizelin litri 24 lirə 22 kuruşa, Ankarada 24 lirə 34 kuruşa, İzmirdə isə 24 lirə 36 kuruşa yüksəlib.