Balakəndə oğulun atasını bıçaqlamasının təfərrüatları məlum olub.
Bakuxeber.az-ın əldə etdiyi məlumata görə, iddialara əsasən, hadisələr Ramil Şabanovun nənəsinin yasında başlayıb. Yasdan sonra isə Ramil atası Mahamadan pul istəyib. Bu zaman isə ata oğluna pul verməyib.
Nəticədə mübahisə böyüyüb və Ramil Şabanov atasını bıçaqlayıb.