Gənc yazar Kəramət Böyükçöl prokurorluğa çağırılıb.
Kəramət Böyükçöl bu barədə “facebook” hesabında məlumat paylaşıb.
“Məni Baş Prokurorluğun İstintaq idarəsinə çağırdılar. Gedirəm. Bu ölkədə artıq heç nə adamı təəccübləndirmir. Məni həbs eləsələr, dostlarımdan xahiş edirəm, oğlumdan və qızımdan muğayat olsunlar, bir də Elmlər Akademiyasının qabağındakı parkda heç kimi kitab satmağa qoymasınlar”, – deyə o qeyd edib.