![](https://bakuxeber.az/wp-content/uploads/2022/10/c7f49f3ae98a1ed4fb28f266467523f1.jpeg)
Qaradağ rayonunda, Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakuxeber.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.