Polis Goranboyda qadının qətlə yetirilməsinə münasibət bildirib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun Bakufakt.az-a verdiyi məlumata görə, Goranboy rayon Polis Şöbəsinə bir qadının çoxsaylı bıçaq zərbələri ilə qətlə yeririlməsi ilə bağlı məlumat daxil olub. Dərhal rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq əməliyyat-axtarış tədbirləri keçirib.
Məlum olub ki, 28 yaşlı Bəbir Həsənli həyat yoldaşı, 29 yaşlı Zəhra Babayevanı qətlə yetirib