Əli Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 2006-cı il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilmişdir. 2011–2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.[1]
Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.
Bizdə BakuXeber.Az kollektivi adından Əli Nağıyev cənablarına həyatda uzun ömür can sağlıqı ailə xöşbəxtliyi arzu edirik.