“Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı qanun niyə qəbul edilmir?”
Parlamentari, həmçinin şəhid və qazi ailələrinin problemlərini diqqətə çatdırıb.
“Digər tərəfdən şəhid və qazi ailələrinə evlərin verilməsində problemlər var. Bakıda problem həl olunsa da, regionda hələ də qalmaqdadır. Şəhid ailələri evlə təmin olunmur, nazirliyin bununla bağlı təcrübəsi var. Bu məsələyə daha da diqqət artırılmalıdır. Bu gün büdcədə niyə qalıq qalır? Qalığın qalmasının tərəfdarı deyiləm, işlədiyim vaxtda da demişəm. Pulu xərcləməyə veriblər. İndi minumum əmək haqqı 300 manatdır, bunu edin 500 manat, əhali normal dolansın. Artıq pulunuz da var, əhaliyə verilməsinin tərəfdarıyam”, – deyə Vahid Əhmədov təkliflər irəli sürüb.
Qeyd edək ki, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də iştirak edir.