“Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla növbəti görüşün dekabrın 7-də keçirilməsi planlaşdırılıb”.
“Bakuxeber.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün – noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı deyib.
“Amma Ermənistanın Baş naziri şərt qoyur ki, görüşə yalnız Fransa Prezidenti iştirak edərsə qatılacaq. Bu şəraitdə heç bir görüş olmayacaq!” – Prezident bəyan edib.