Milli məclisin deputatı Aqil Abbas:
İranın adını çəkirik. İran namərddir, nakişidir bu, İranın öz işidir. ABŞ hər il 50-60 min erməniyə 10-15 milyon dollar pul ayırır. Nə edirlər o pullarla? Yandırıb qızınmırlar ki? Silah-sursat alırlar.
Digər tərəfdən Rusiya silah-sursat verir. Bütün hadisələr, bunlar sülhməramlıların gözü qarşısında olur. Mən onların adını sülhənməramlı qoymuşam. Bəzən biz kimin nə etdiyini, adlar çəkməyə çəkinirik. Rusiya, Fransa, ABŞ-da indi də İran.
İran İslam dövləti deyil, yeziddirlər. Onların şiəliyə, İmam Hüseynə aidiyyəti yoxdur. Onu bilirik, amma digər ölkələrin adını da çəkin.