Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Gömrük İdarəsində keçirdiyi əməliyyat davam edir.
AZXBER.COM-un məlumatına görə, bununla bağlı axar.az məlumat yayıb.
Onun sözlərinə görə, İranla sərhəddəki gömrük idarələrindən birinin rəisi və əməkdaşları saxlanılıb və istintaqa cəlb ediliblər.
Qeyd edək ki, DTX-nin Naxçıvan Gömrük Komitəsində apardığı əməliyyat zamanı ilk olaraq 132 milyon manatlıq korrupsiya faktı ortaya çıxmışdı. Bundan sonra Prezidentin sərəncamı ilə Naxçıvan Gömrük Komitəsi ləğv edildi və onun bazasında DGK-nın Naxçıvan Baş İdarəsi yaradıldı.