“Maşına sol tərəfdən yaxınlaşıb saçından tutdum ki, düşürüm aşağı. Çıxara bilmirdim. Qayınanam qolumdan tutub mane olurdu mənə. Artıq əsəbiləşdim, bıçağı çıxarıb atdım ona tərəf. Boşluğa getdi bıçaq. Boşluğa gedəndə Ayşən əlimdən aldı bıçağı. Sonra mən onun əlindən tutub aldım bıçağı, istədim ki, ürəyindən vurum, boğazından batdı. Ayşən maşının qapısını bağladı, mən də qabaq qapını açıb, girdim maşına, istədim onu düşürüm aşağı”.
Əsgər Musayev ifadəsinin davamında bildirib ki, bu zaman Ayşən maşından düşərək qaçmağa başlayıb. Təxminən 30 metr qaçdıqdan sonra ona çatıb. Qadın yalvarıb vurmamasını xahiş edəndə uşaqların bu evdə qalacağını deyib. Ayşən bununla razılaşmadıqda boyun nahiyəsinə daha bir zərbə endirib. Qadın xəstəxanaya çatdırılsa da, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.
“Qaçıb çatdım, dedim, uşaqlar burada qalacaqlar, sən ananı götür, get. O da dedi ki, yox, uşaqlar da bizimlə gedəcəklər. Bu zaman bıçağı hülqumuna (xirtdək) soxdum, bıçaq qaldı boğazında. Özü əli ilə bıçağı çıxarıb qanı axa-axa maşına tərəf getmək istəyəndə yıxıldı. Anası gəlib maşına apardı”.
Musayev bildirib ki, onlar çıxıb getdikdən sonra evə keçib paltarlarını dəyişib. “102” xidmətinə zəng edib, hadisə barədə məlumat verib.
Məhkəmə prosesində Əsgər Musayev ittiham üzrə özünü təqsirli bilməyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur.
Sonda məhkəmənin hökmü ilə Əsgər Musayev 17 il müddətinə azadlıqdan məhrum olunub.