Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) minimum əməkhaqqı artımı ilə bağlı məlumat yayıb.
Qurumdan Yenisabah.az-a verilən məlumatda bildirilib ki, işçilərə minimum əməkhaqqından az əməkhaqqı vermək qadağandır.
“İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövltin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır. Qanunvericiliyə görə bu, inzibati məsuliyyətə səbəb olur”,- DƏMX-in məlumatında qeyd olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla 1 yanvardan etibarən Azərbaycanda minimum əməkhaqqı məbləği 345 manat müəyyən edilib.