Xalq artisti Könül Xasıyeva jurnalist Pərviz Hüseyni məhkəməyə verib.
BAKUXEBER.AZ xəbər verir ki, bu barədə jurnalistlərin özü məlumat verib.
O bildirib ki, ötən gün Könül Xasıyeva ilə Nərimanov Rayon Məhkəməsində növbəti proses baş tutub: “Könül xanım iclasa bu dəfə vəkili ilə gəlmişdi. 40 min manat pul, 6 ay həbs, üzr və təkzibə birini də əlavə edərək sosial şəbəkələrdə üzr videosu tələbini irəli sürdü.
Bundan başqa, proses zamanı məhkəmə tərkibinin yanında təhqiramiz ifadələrlə birgə “Səni əllərimlə boğaram” sözlərini işlətdi.
Video və səs yazısı şəklində faktlar olduğu üçün tərəfimə işlədilən ifadələr vəkilim Babek Hamidov tərəfindən aktlaşdırıldı. Mən də Könül Xasıyevanı məhkəməyə verəcəyəm”.
Məhkəmə işə baxılmasını aidiyyəti üzrə Səbail rayon məhkəməsinə göndərdi. Proses bundan sonra orada davam edəcək.