Yanvarın 8-də saat 01 radələrində Yevlax rayonu Çənlibel qəsəbəsində 1980-ci il təvəllüdlü Anar Sadıqovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Bakupost.az -a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 1985-ci il təvəllüdlü Ramin Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.
A.Sadıqov əvvəllər Yevlax RPŞ-də polis serjantı kimi xidmət edib.
Araşdırmalar davam etdirilir.