Bakının mərkəzində silahlı hücuma məruz qalan Nicat Əkbərov “Lənkəranski” həbs olundu.
Kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərov saxlanılıb.
O, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində həbs olunub.
“Nicat Lənkəranski” Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.