DİN, DTX və Baş Prokurorluq birgə məlumat yayıb:
Bir qrup şəxs İran xüsusi xidmət orqanları tərəfindən pul müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində işlər görməyə səfərbər edilib.
Sözügedən şəxslər Tərtər rayon sakini Arif Cümşüdov, Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov, İqbal Axundov və Anar İsayevdir. Bu insanlar əməkdaşlığa cəlb edilərək ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil edibmiş.