Zakir Fərəcov Prezidentin tələblərinə niyə məhəl qoymur? – Sahibkarlar hələ də pulunu ala bilmir
Zakir Fərəcov bu dəfədə yalan danışdı: Sahibkarlar Prezidentdən və vitse-prezidentdən kömək istəyir
Bu gün ölkədə aparılan islahatlar bilavasitə Prezident İlham Əliyevin illər öncə elan etdiyi siyasi kursun tərkib hissəsidir. Çünki korrupsiyaya bulaşan məmurlar xalqı incidirlər. Buna görə də korrupsiyaya qarşı mübarizə tədbirləri mütləq görülməlidir. İnanırıq ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ardıcıl olacaq, belə əməllərə meyillənən vəzifə sahiblərini ciddi şəkildə cəzalandıracaq. Biz hamımız cəzalanan məmurları əyani şəkildə görmüşük.
Korrupsiyaya bulaşmış icra başçılarına və ayrı-ayrı vəzifə sahiblərinə qarşı dövlətin tutduğu mövqe əvvəlcədən bəyan olunan siyasi xəttə uyğundur. Buna görə də Sumqayıt Şəhər İcra Başçısı Zakir Fərəcova da tövsiyyə edərdik ki, tutduğu əçəldən vaz keçsin, yoxsa nəticə ağır ola bilər. Keçmiş həmkarlarının taleyini gördüyümüz üçün bunu əminliklə deyə bilərik. Çünki Prezident İlham Əliyev daim xalqın yanındadır və bu əməllərə meyillənən bütün məmurların layiqli cəzasını verir.
Əməl demişkən, korrupsiya əməli Zakir Fərəcovun gözünü tamamilə bağlayıb. Çünki bu çirkin addımı ancaq gözünü rüşvətxorluq tutmuş kəslər ata bilər. Hansı ki, o, onlarla iş adamının halal pulunu yeyərək üzərindən su da içib, hətta oxay da deyib. Əks halda bu hadisələr baş verməzdi, sahibkarların pulu lazımi vaxtda qaytarılardı. Əgər bunu etmirsə demək ki, rüşvət onu yamanca harınladıb. Heç kimə sirr deyil ki, hazırda dövləq qulluğu vəzifəsində çalışan məmurların maaşı onların həddindən artıq təmtəraqlı yaşamasına advekvat deyil. Əlbəttə, prezidentin də dediyi kimi, “harınlaşmış və qudurmuş” ifadəsini bütün məmur təbəqəsinə aid etmək ədalətsizlik olar… Vəsifəsinə məsuliyyətlə yanaşan, yalnız quruca aylıq vəzifə maaşı ilə dolanan dövlət qulluqçuları yüzlərlədir… Amma qeyd olunan yazılar hər biri Zakir Fərəcovla bağlıdır
Bütün bunlar azmış kimi, iddialara görə, Zakir Fərəcov korrupsionerlərdən ibarət komanda da yığıb. Onlar əl-bir olaraq sahiblarlarını səsini kəsəcəklərini düşünürlər. Amma ədalət bərqarar olacaq. Çünki bura zərbaycandır və onun İlham Əliyev kimi lideri var. Cənab Prezident heçvaxt izin verməz ki, korrupsiya oyunu oynayan komanda at oynadıb, meydan sulasın. Ona görə də, üzümüzü tutub icra başçısına demək istərdik ki, yetər artıq, daşı ətəyinizdən atın və sahibkarlara olan külli miqdar olan borcunuzu qaytarın. Əks halda keçmiş həmkarlarınızı göz önünə gətirin. Vətəndaşlara yuxarıdan aşağı baxan, onları saymayan, hətta təhqir edən qudurğan məmurlar Zakir Fərəcovdan nümunə götürənlərdir. Bütün bunlar aradan götürülməlidir.
“Mehriban Əliyevanın adamlarının gözü məni götürmür, məni vəzifəmdən azad etmək istəyirlər” kimi sözlər sizi qurtarmayacaq. Çünki sahibkarlarla görüşünüzdə bu sözləri dilə gətirmisiniz. Amma burada bir nüans da var ki, vəzifəsini sevən və kreslosunu itirməkdən qorxan məmur işini təmiz görməli, sahibkarları incitməməlidir. Çünki xalqı və sahibkarları incidən, korrupsiyaya bulaşan məmurlar Prezident İlham Əliyevin düşmənidir. Dövlət başçısı dəfələrlə xəbərdarlıq edib ki, kim çirkin əməllər arxasınca gedəcəksə, layiqli cəzasını alacaq. Budur, deyilənlərdən nəticə çıxarmayanlar bir-birinin ardınca ifşa olunur, cəzalandırılır. Bu baxımdan, hazırda müşahidə etdiyimiz proseslər heç kəsi təəccübləndirməməlidir. Nə baş verirsə, cənab Prezidentin prinsiplərinə mütənasibdir! Zakir Fərəcov da qulağını açıb yaxşı dinləməldir və əməlindən çəkinməlidir.
Korrupsiya bulaşan komandaya söhbət gəlincə, bütün problemlər Zakir Fərəcovun birbaşa rəhbərliyi altında Adil Xudadatov-Hümbət Məmmədov cütlüyünün iştirakı ilə aparılıb.
Hümbət Məmmədovun subpodarat tələsi
Məsələn Sumqayıt şəhərinin də şəhərin girişində, Yeni Bulvar kompleksinin tikintisində, Şəhidlər Xiyabanının abadlaşdırılmasında iştirak etmiş və üzərinə götürdüyü öhdəlikləri vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirǝrǝk təhvil vermiş MMC-yə 2022-ci ilin avqust ayında fiziki şəxs kimi fəaliyyət göstərən “iş adamı” Məmmədov Hümbət Əlcavan oğlu Sumqayıt şəhərində yenidənqurma və abadlıq işləri ilə əlaqədar tenderi qazandığını bildirərək subpodrat müqaviləsi əsasənda işlərin böyük əksəriyyətini cəmiyyətə həvalə etməyi təklif edir. Müqaviləyə əsasən Sumqayıt şəhərində Muğanbank ASC-nin qabaq hissəsində yerləşən parkda va favvarada, Cəfər Cabbarlı və Nizami küçələrində yenidənqurma və abadlaşdırılma işləri görülməli idi. Müqavilə şərtlərinə görə işlərin dəyəri üzrə ödəniş müqavilə bağlandıqdan sonra hesabımız keçirilməli idi. Lakin “iş adamı” H.Məmmədov müqavilə şərtlərini əvvəlcədən pozsa da (müqavilə məbləğini ödənilmədən) bağlanan müqaviləyə əsasən işlər görülür. H.Məmmədov isə tenderdan sonra pulun onun hesabına hələ keçirilmədiyini bildirirdi. Sonradan bizə bəlli olur ki, tenderə ayrılımış vəsait tam olaraq “iş adamı” H.Məmmədovun hesabına köçürülüb. Ancaq müqavilə əsasında verilməli olan vəsait də artıq H.Məmmədovun hesabında yoxdur. Həmin vəsaiti hara, kimə, nə üçün ödənilməsi məlum deyildir.
Adil Xudadatov da işin içində
Digər bir halda isə Yeni Bulvar kompleksinin tikintisində baş verən qanunsuzluq yer alır. Belə ki, iş adamı Z.Fərəcovun sözlərinə inanaraq təmir-tikinti və yenidən qurma işləri ilə əlaqədar lazım olan avadanlıq və tikinti materiallarını tanıdığı iş adamlarına sifariş edir. Onların dəstəyi ilə bütün məhsulları alaraq tapşırılan işləri yüksək səviyyədə yerinə yetirir. Bununla bağlı sahibkar Xəbəral.az-a bildirir: “İşlərin görüldüyü zaman əvvəllər veriləcək pullar bizə şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi. Adil Xudadatovla aramızda yaranan münasibət nəticəsində onun tərəfindən mənə məlum olmuşdur ki, verilən pullar şəhərdə fəaliyyət göstərən iş adamlarından və müxtəlif təşkilatlardan yığılıb verilirdi. Çünki, mən material üçün pul lazım olduğunu bildirdikdə deyirdi ki, hələ pul yığılmayıb, yığılan kimi çatdıracağam. Mən işlərin dayanmamasına görə tanınmış iş adamı olduğum üçün tanışlarımdan nisyə tikinti materialları alırdım. Kompleksin tikintisində çalışan işçilərin əmək haqlarını daxili imkandan va münasibətim olan imkanlı dost-tanışlarımdan pul almaqla ödəyirdim. Çünki, Z.Fǝrǝcov va A.Xudadatov mənə işlərin dayandırılmamasını xahiş edir və yaxın zamanlarda pulun ödənilməsinə söz verirdilər. Hətta, işin vaxtında təhvil verilməsi üçün yalvarırdı. Qeyd etdiyim kimi, imkanlar daxilində mənə tapşırılan işi tam və keyfiyyətlə yerinə yetirdim. Buna görə müəyyən şəxslərdən götürdüyüm tikinti materiallarının dəyərini və bu işə görə borc götürdüyüm şəxlərə borcumu hələ də ödəyə bilmirəm”.
Gündüz Əliyev necə prosesə qoşuldu
İllərlə Adil Xudadatov vasitəsilə iş adamlarını aldadan icra başçısı indi də digər müavini-Gündüz Aydın oğlu Əliyevi dövriyyəyə salıb. Bununla bağlı Xəbəral.az-a ölkə mediasında yer alan məlumatlara istinadən bildirir ki, başçı müavini qısa zamanda parlayıb, lakin onun hansı uğurlara imza atdığını söyləmək çətindir. Sadəcə, indiki vəzifəsindən əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis əvəzi çalışıb. Mətbuatda yazılanlara görə, həmin dönəmdə böyük korrupsiyaya imza atması ilə yadda qalıb.
Eyni zamanda Gündüz Əliyevin məhz Sumqayıtda bulvarın tikintisi üçün ayrıla 3,7 milyon manatla icra başçısı Zakir Fərəcov oğlunun adına restoran da tikdirdiyi də yayılan məlumatlar arasındadır.
Mediada bildirilir ki, G.Əliyev Z.Fərəcova Nizami parkı ərazisindəki tikinti ilə bağlı sənədə də imza atdıra bilib və məlum olub ki, başçı müavini başqasının adına özünə obyekt inşa etdirib.
Bundan başqa, G.Əliyevin Sumqayıtda bir neçə obyektə sahib olması haqda da məlumatlar var. Bu obyektlər arasında şəhər bulvarındakı “Gənclik City” mərkəzi ən öndə gedənidir.
İddialara görə, G.Əliyev Fərəcov komandasında yer almamışdan öncə Sumqayıtda imkanlı iş adamlarından biri kimi tanınıb. 2002-ci ildən Sumqayıtda özünə məxsus bağ sahəsində mebel sexi açaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Onun sexi sonralar tenderlərdə qalib gəlmiş podratçı şirkətlərin sifarişi ilə subpodrat işləri də həyata keçirib.
Bu gün isə G.Əliyev icra başçısına başqa bir xidmət göstərməklə mövqelərini möhkəmləndirmək niyyətindədir. Belə ki, Xəbəral.az-a daxil olan məlumata görə Gündüz Əliyevin vasitəçiliyi ilə guya borcların tam ödənilməsi haqda yalan sənəd hazırlanıb və bu sənəd yuxarı instansiyalara göndərilib. Amma hələ də haqqını ala bilməyən sahibkarlar və 200-dək fəhlə bu faktı təkzib edərək dövlət qurumlarına teleqram vurur. Faktik olaraq Gündüz Əliyevin əməli icra başçısını qorumaq xatirinə prezidenti aldatmaqdır.
Belə qalmaqallı məmurlar isə hələ də vəzifələrdə yer alır, təltif olunur, varlanmalarına, rəhbərlikdə təmis olunmalarına şərait yaradılır.
Hərçənd ki, icra hakimiyyətlərində fundamental şəkildə islahatlara ehtiyac var. İH-lər belə kadrlardan “təmizlənməsə” və idarəçilikdə yeni yanaşma olmasa G.Əliyev kimi məmurlar öz qaranlıq işlərini davam etdirəcəklər”.
Zakir Fərəcovun toruna düşən sahibkarlar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva məktub da ünvanlayıblar. Onlar Birinci Xanıma icra başçısından şikayətçi olduğunu bildiriblər.
Onların adlarını aşaığdakı siyahıda təqdim edirik:
Onlar İsayev İslam, Ələkbərov İskəndər, Qacarov Vilayət, İsayev İsrail, Məmmədov İbrahim, Süleymanov Azad, Seyidov Taleh, Məmmədov İlham, Mənsurov Cinğiz, Şəmiyev Ağamməd, Abbaszadə Pərviz, Abbaszadə Vüqar, Cəfərov Şahin, Məmmədov Mirİbrahim, Kərimov Vəli, Quliyev Məzahir, Əhmədov Həbib, Həsənov Şirin, Ağakişiyev Yaşar, Allahverdiyev Aydın, Qarayev Elçin, Paşayev Ramil, Məlikov Anar, Orucov Abbas, Cəfərov Abdulla, Cəfərov İlqar, Həsənli Anar, Qurbanov Tofiq və Aslanov Novrdur
Dövlət vəsaitlərini mənimsəyən, rəhbərlik etdiyi qurumu korrupsiya və rüşvət yuvasına çevirən icra başçılarının həbs olunması, heç şübhəsiz ki, ölkə başçısının bu məsələdə nə qədər prinsipial mövqe tutduğunu bir daha nümayiş etdirir. Tam əminliklə deyə bilərik ki, islahatlara qarşı çıxan, xalqı incidən, rüşvət alan məmur İlham Əliyevin düşmənidir və belələri mütləq layiqli cəzasını almalıdır.
Bu məsələ ilə Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidməti məşğul olsa daha məqsədə uyğun olardı.
Qarşı tərəfin mövqe haqqını tanıyırıq.
Mənbə:Xəbəral.az